Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / İqtisadiyyat / Emin Ağalarov ilk dəfə oğul Tramp ətrafında baş verən qalmaqala münasibət bildirib

Emin Ağalarov ilk dəfə oğul Tramp ətrafında baş verən qalmaqala münasibət bildirib

BBC, Yurmalaya konsert üçün gəlmiş və oğul Donald Trampın rusiyalı hüquqşünas Natalya Veselnitska ilə görüşündə əsas fiqurlardan sayılan müğənni Emin Ağalarova, ABŞ-ın hazırkı prezidentinin oğluna prezidentliyə namizəd Hillari Klintonla bağlı məlumatların verilməli olduğu güman edilən görüş barədə bir neçə sual verməyə müvəffəq olub.

“Tramp barədə heç bir sual eşitmək istəmirəm. Mən bura müğənni kimi gəlmişəm. Mənim bu axşamkı şou-konsertimə gəlin”, – deyə Crocus Group Rusiya şirkətinin sahibinin oğlu Emin Ağalarov oğul Donald Trampa görüş zamanı məhz hansı informasiya verməyə cəhd edildiyi ilə bağlı sualın cavabında bildirib.

Emin Ağalarov, həmçinin oğul Tramp tərəfindən açıqlanan yazışmaların da həqiqi olmadığını söyləyən vəkilinin sözlərinə də şərh verməyib.
Emin Ağalarov hüquqşünasın özünə müraciət etməyi tövsiyə edib.

Müğənni Rusiyanın ABŞ seçkilərinə mümkün müdaxiləsi barədə suallara da cavab verməyib.

Oğul Donald Trump-ın Twitter-də paylaşdığı yazışmalara görə, Emin Ağalarov Tramp ailəsiylə Hillari Klintonla bağlı məlumatları hazırkı ABŞ prezidentinin seçkiqabağı komandasına təqdim edəcək Rusiya tərəfi ilə əlaqənin təşəbbüskarı ola bilərdi.

Tramp ailəsi Ağalarovlar ailəsiylə Moskvada keçirilən “Dünya Gözəli-2013” müsabiqəsindən tanışdırlar. Bu tanışlığa görə oğul Trampın Ağalarovun təklifi ilə maraqlanacağı iddia olunub.

Yazışmalara əsasən, Ağalarovların Hillari Klintonla bağlı məlumatları ola bilərdi, lakin görüş zamanı bu məlumatların müzakirə edilmədiyini iddia olunub.

Emin Ağalarov tez-tez Yurmalaya qonaq kimi gəlir: O, “Layma. Randevu. Yurmala” və “Novaya volna” (müsabiqədən kənar proqramlar) festivallarında iştirak edib.

Hər iki tədbir ənənəvi olaraq təkcə şou-biznes ulduzlarını deyil, həm də iri sahibkarları Latviyanın bu kurort şəhərinə cəlb edib.

Müxtəlif illərdə bura gələn məhşurlar arasında Roman Abramoviç, Alişir Usmanov, Rinat Ahmedov və Pyotr Aven da olub.

Oğul Donald Tramp da Latviyanı ziyarət edib. O, 2012-ci ildə Baltic International Bank-ın baş səhmdarı Valeriy Belekonun təklifi ilə Riqaya gəlib.

“Otkritiy qorod” jurnalına müsahibə verən oğul Trampın Latviyada onu cəlb edən məsələnin ailə biznesi və nəsillərin əlaqəsi barədə danışmaq imkanı olub. O, burada hasısa konkret sövdələşmə imzalamaq niyyətində olmasa da, bəzi məsələləri müzakirə edib.
Baltic International Bank Latviyadan kənar müştərilərlə çalışması ilə məhşurdur.

Valeriy Belekon öz növbəsində Böyük Britaniyanın “Blackpool” futbool klubunun həmsədridir və klubun nəzarət paketinə sahib olan Oyston ailəsi ilə məhkəmədə mübarizə aparır (BBC).

 

Həmçinin oxuyun

Dekabrın 4-də vaxt başa çatır: Nə olacaq? – ŞƏRH

2020-ci ilin sentyabr ayının sonu ilə müqayisədə oktyabr ayında fiziki şəxslərin (əhalinin) banklardakı müddətli əmanətləri …

Bir cavab yazın