Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Ekvadorda zəlzələ – 77 ölü, 588 yaralı + Yenilənib

Ekvadorda zəlzələ – 77 ölü, 588 yaralı + Yenilənib

Ekvadorda güclü zəlzələnəticəsində 28 nəfər ölüb.

“ Azinforum.az ” APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin vitse-prezidenti Xorxe Qlas bildirib.

Onun sözlərinə görə, 16 nəfər Portovyexo şəhərində ölüb, 10 nəfər – Manta şəhərində, daha iki nəfər isə Quayas əyalətində ölüb.

Qeyd edək ki, 7,8 bal gücündə olan yeraltı təkanlar yerli vaxtla 23.58-də (Bakı vaxtı ilə 03.58-də) Muisne yaşayış məntəqəsindən 28 km cənub-şərqdə qeydə alınıb.

***

Ekvadorda zəlzələ nəticəsində 77 nəfər həlak olub, 588 nəfər yaralanıb. Bu barədə ölkə prezidentinin administrasiyanın mətbuat xidməti məlumat yayıb.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın