Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Eks-azərbaycanlı rektor vəzifədən çıxarıldı – Türkiyədə

Eks-azərbaycanlı rektor vəzifədən çıxarıldı – Türkiyədə

Türkiyənin Giresun Universitetinin keçmiş azərbaycanlı rektoru, professor, doktor Aygün Əttar müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.

Ölkədə dövlət çevrilişi cəhdindən sonra Ali Təhsil Şurasının (YÖK) müraciəti əsasında aparılan istintaq tədbirləri çərçivəsində bu universitetin 21 əməkdaşı vəzifəsindən kənarlaşdırılıb və barələrində araşdırma başlanıb. Onların arasında azərbaycanlı professor da var.

Qeyd edək ki, A.Əttar 4 il Giresun Universitetinin rektoru olub. O, bu ilin mart ayında ən yüksəs səs toplamasına baxmayaraq, ali təhsil müəssisəsinə rektor təyin edilməyib. A.Əttar vəzifəsindən kənarlaşdırılanadək Giresun Universitetinin Ədəbiyyat fakültəsinin tarix bölməsinin rəhbəri idi.(Report)

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın