Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Dünyanın ən bahalı 10 zirehli avtomobili – FOTOLAR

Dünyanın ən bahalı 10 zirehli avtomobili – FOTOLAR

Bizimyol.info daha çox dünya liderlərinin təhlükəsizlik məqsədi ilə istifadə etdiyi ən bahalı 10 zirehli avtomobili təqdim edir:
10. Lexus LS 460 L – 300.000 dollar: İstehsalçısı “Inkas”dır. Bu avtomobil bomba partlayışına davamlıdır.
 
 
 
9. BMW 750Li Sedan – 340.000 dollar: Digər zirehli sedanlardan fərqli olaraq bu avtomobildə təkcə arxa oturacaqlar deyil, enyi zamanda öndə oturan insanların da təhlükəsizliyi üçün daha çox zirehdən istifadə edilib.
8. Cadillac Escalade ESV – 350.000 dollar: İstehsalçısı Becker olan bu avtomobilin şüşələri 40 mm qalınlığındadır və avtomobil güllə keçirməz zirehlə əhatə olunub
7. Mercedes Benz S-Guard – 400.000 dollar: Avtomobilin zirehi istifadəçini pulemyot hücumdan da qoruyur. Qaz hücumu zamanı xarici dəliklərini bağlayır və avtomobilin içərisinə təmiz hava təmin etmək üçün oksigen sistemini işə salır.
6. Knight XV – 629.000 dollar: İstehsalçısı Conquest-dir. Dünyada sadəcə 100 ədəddir. Daha çox sürəti, lyuks dizaynı və gecə görmə sistemi ilə diqqət çəkir.
5. Huron APC – 630.000 dollar: M80 sursatına malikdir. Pulemyot və əl bombası hücumlarına  dayanıqlıdır.
4. Audi A8 Security – 700.000 dollar: Tam zirehlidir, lakin zirehli olduğunun fərqinə varmaq olmur. Çox dayanıqlı və lyuksdur.
3. Mercedes Benz G63 AMG – 1 milyon dollar: İstehsalçısı “Inkas”dır. Təhlükəsizlik kameraları, xüsusi işıqlandırma sistemi var.
2. Cadillac One “The Beast” – 1.5 milyon dollar: ABŞ prezidentinin təhlükəsizliyi üçün xüsusi olaraq hazırlanmışdır. Avtomobilin yanğın söndürmə sistemi, oksigen sistemi, əlavə silahları var. Xaricdən müdaxilə ilə qapılarını açmaq mümkünsüzdür. Tələyə düşdükdə xüsusi şifrəli xəbər vermə xusisiyyəti var.
1. Kombat T98 – 1.5 milyon dollar: Rus istehsalçısı Dartz tərəfindən hazırlanıb. Güllə keçirməz və partlayışlara davamlı zirehi ilə yanaşı avtomobil qızılla örtülmüş şüşələrə malikdir.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın