Cümə axşamı , May 2 2024
Ana səhifə / İqtisadiyyat / Dünyada bütün ölüm hökmlərinin 89%-i üç ölkənin payına düşür

Dünyada bütün ölüm hökmlərinin 89%-i üç ölkənin payına düşür

Bu gün BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində ölüm hökmü və onun qurbanlarına həsr olunmuş yüksək səviyyəli tədbir keçirilib.

Müzakirələrin moderatoru BMT Baş katibinin insan haqları üzrə köməkçisi İvan Şimonoviç olub.

O bildirib ki, hazırda dünyada ölüm hökmünə olan münasibəti çətin ki, birmənalı adlandırmaq olar:

“Bəşər tarixində heç vaxt ölüm hökmünün bu qədər ölkə tərəfindən ləğv edildiyi hal olmayıb. Digər tərəfdən, əgər biz 2014 və 2015-ci illərin göstəricilərini müqayisə etsək, o zaman qeydə alınan edamların sayının əhəmiyyətli dərəcədə artdığını görərik. Yəni qarışıq tendesiyalardan danışmaq olar”.

BMT-nin məlumatına görə, dünyada təqribən 170 ölkə var ki, ya ölüm hökmünü ləğv edib, ya da heç zaman onu tətbiq etməyib. Bununla yanaşı, bütün ölüm hökmlərinin 89 faizi üç ölkədə – İran, Pakistan və Səudiyyə Ərəbistanında həyata keçirilir.

Həmçinin oxuyun

Gömrük Komitəsi qanunsuz metodla “Lukoyl”dan dizel alır

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.Hava …

Bir cavab yazın