Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Ərdoğandan müharibə mesajı, Ollandan görüş ismarışı – hansı yol seçiləcək

Ərdoğandan müharibə mesajı, Ollandan görüş ismarışı – hansı yol seçiləcək

Qarabağ səmasında barıt qoxusu – savaş riski yenə öndə; Aprel döyüşlərindən sonra sülh danışıqları ən kritik dönəmə girib; ekspertdən xəbərdarlıq: “Bu dəfə Putin müharibəni dayandıra bilməyəcək, çünki…”

MDB-nin son Bişkek toplantısında Ermənistan prezidenti Serj Sərkisyanın məlum çıxışı işğalçı tərəfin Qarabağ məsələsində qeyri-konstruktiv mövqe tutmaqda davam etdiyinə şübhə yeri saxlamadı. Sərkisyana Azərbaycan prezidenti İlham Əliyevin sərt cavabı isə düşmən tərəfin problemin ədalətli həllindən nə qədər uzaq olduğunu başqa bir yandan təsdiqləmiş oldu. 
 
Bu gerçəyi dünən İrəvanda Ermənistanın formal müstəqillik günündə düzənlənən və daha çox Rusiya silahları və döyüş sistemlərinin nümayişi təsiri bağışlayan hərbi parad da ortaya qoydu. Bütün bunlar o anlama gəlir ki, işğalçı ölkə konfliktin həllinə yol açacaq addıma – Azərbaycan ərazilərini boşaltmağa hazır deyil. Sülh prosesinin ləngiməsi isə sövq-təbii münaqişə zonasında yeni müharibə riskinin artması deməkdir. Çünki istənilən sülhün, atəşkəsin alternativi – müharibədir.
*****
Son olaraq belə bir xəbərdarlıqla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Məclisinin Nyu-Yorkdakı 71-ci sessiyasında çıxışı zamanı bəyan edib. Türkiyə lideri deyib ki, Qafqazdakı konfliktlərin təzədən qaynar fazaya keçmə təhlükəsi var, müharibə riski qalır. 
Şübhəsiz ki, məhz müharibə təhlükəsindən çıxış edərək də, Fransa prezidenti Fransua Olland problemin dinc nizamlanması çərçivəsində Azərbaycan və Ermənistan rəhbərlərini Parisdə qəbul etməyə hazır olduğunu bildirib. Bu haqda Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Ollandın təklifi onun S.Sərkisyana Ermənistanın sentyabrın 21-də qeyd olunan müstəqillik günü münasibətilə yolladığı təbrik məktubunda yer alıb.
Image result for MDB İlham Əliyev
 
“Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesi çərçivəsində Parisdə qəbul etməyə hazıram”, – deyə məktubda vurğulanır. “Dağlıq Qarabağ münaqişəsinin istisnasız olaraq, danışıqlar yolu ilə həllinə sadiq qaldığımı bir daha təsdiqləyirəm. Bu münaqişənin fövqəladə şəkildə çox uzanan həlli ilə bağlı tədbirləri müzakirə etmək üçün Parisdə Azərbaycan və Ermənistan rəhbərlərini qəbul etməyə hazıram”, – deyə Fransa lideri qeyd edib.
Göründüyü kimi, rəsmi Paris də mövcud status-kvonun “fövqəladə şəkildə çox uzanması”dan narahatdır. Di gəl, problemin həllində açar rol Fransaya deyil, Rusiyaya məxsusdur. Rusiya isə tələsənə oxşamır və əsas diqqətini hələ ki Azərbaycanla Ermənistan arasında hərbi balansın qorunmasına və bu zaman silah ticarətini həyata keçirməyə yönəldib. Yəni belə çıxır, münaqişənin qalması həm də Rusiya büdcəsinə əlavə paralar gətirdiyindən, Moskva onun həllinə can atmır. Bu siyasət isə əksər siyasi və hərbi analitiklərə görə, bölgəyə yaxşı heç nə vəd eləmir.
*****
“Rusiyanın yürütdüyü siyasət ucbatından Cənubi Qafqaz barıt çəlləyinə çevrilməkdədir”. Bu barədə axar.az-a politoloq Qabil Hüseynli danışıb. O, öncə Rusiyada parlament seçkiləri, Ermənistanda isə hökumətin istefası fonunda hər iki ölkənin gələcək siyasətinə nəzər salıb: “Rusiyada siyasi partiyaların nisbəti əvvəlki kimi qalır, yəni hər şey Putinin nəzarəti altında həyata keçirilir. Ona görə də bundan sonra Rusiyanın siyasətində heç bir ciddi dəyişiklik olmayacaq. Rusiya ilə yanaşı, Ermənistanın siyasətində də yenilik gözləmirəm. Nə qədər ki, Rusiya və Putin var, Sərkisyan və onun quldur dəstəsi də mövcud olacaq. Bu fonda da Dağlıq Qarabağ məsələsində hansısa yeni nüansların ortaya çıxacağını söyləmək çətindir. Əksinə, problemin sülh yolu ilə həllini çətinləşdirən addımlar atılır. Məsələn, Rusiya Ermənistanı yeni ”Buk” tipli müharibə silahları ilə silahlandırmağa başlayıb. Hansı ki, onların dəyəri 1 milyard dollara yaxındır. Qafqazda silahlanmanı sürətlə davam etdirməklə Rusiya eyni zamanda xeyli qazanc əldə edir. Belə ki, Ermənistana havayı versə, eyni silahlardan Azərbaycana da satacaq”.
Image result for Kreml
Politoloqa görə, Qarabağ probleminin həllinə dair Rusiyada hazırlanmış Lavrov və ya Putin planının mahiyyətində elə də ciddi dəyişiklik gözlənilmir: “5 rayonun geriyə qaytarılması ətrafında spekulyasiyalar davam edəcək. Ermənistan isə növbəti danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutacaq. Pozitiv nəticə gözləmək çox çətindir. Nə qədər ki, BMT, ATƏT prosesə fəal surətdə müdaxilə etməyib, Qərb, ilk növbədə ABŞ Dağlıq Qarabağı özünün əsas xarici siyasətlərindən birinə çevirməyib, Rusiyanın spekulyasiyaları davam edəcək”.
Image result for Ərdoğan
 
Sabiq dövlət müşavirinin qənaətincə, belə gedişat regionda vəziyyəti gərginləşdirə bilər: “Azərbaycan yenidən öz torpaqlarını azad etmək üçün həlledici hərəkətə keçə bilər – ancaq müəyyən hazırlıqlardan sonra. Azərbaycan indi Rusiya ilə danışıqlar aparır, yeni növ silahlar almaq istəyir. Kremlin yürütdüyü siyasət ucbatından Cənubi Qafqaz barıt çəlləyinə çevrilir. Üstəlik, müharibə başqa ölkələri də cənginə ala bilər. Beynəlxalq təşkilatlar Azərbaycan-Ermənistan arasında müharibənin yenidən alovlanmasına imkan verməməlidir. Çünki budəfəki müharibə Putinin istəyi ilə dayanmayacaq, başlasa, ölüm-dirim savaşına çevriləcək. Ona görə də bəri başdan Ermənistan danışıqlarda konstruktiv addımlara məcbur edilməlidir. Azərbaycanın iqtisadi gücü, yeritdiyi siyasət, Qoşulmayanlar Hərəkatına 3 illik sədr seçilməsi ölkənin beynəlxalq aləmdə artan nüfuzuna dəlalət edir. Azərbaycan məhz bu üstünlüklərindən istifadə etməklə, Rusiyaya sığınmasına baxmayaraq, Ermənistan kimi kiçik bir dövləti gec-tez torpaqlarımızdan çıxmağa vadar edəcək”.
*****
Belliklə, sərt reallıq budur ki, işğalçı Ermənistanın aprel müharibəsindən sonra da vasitəçi dövlətlər tərəfindən cəzasız saxlanması yeni savaş riskini xeyli artırıb. Qarabağ səmasından yenə barıt qoxusu gəlir, kritik bir dönəmə daxil olmaqdayıq.
Siyasət şöbəsi

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın