Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Dövlət Departamenti 1953-cü ildə İranda baş vermiş dövlət çevrilişi haqqında sənəd yayıb

Dövlət Departamenti 1953-cü ildə İranda baş vermiş dövlət çevrilişi haqqında sənəd yayıb

ABŞ Dövlət Departamenti 1953-cü ildə İranda baş vermiş dövlət çevrilişi haqqında sənəd yayıb.

İran mətbuatının məlumatına görə, bu sənəd baş vermiş çevrilişin arxasında ABŞ-ın dayandığını göstərir. Sənədə görə, həmin dövrdə İranın Baş naziri Məhəmməd Mosəddeqi devirib yerinə “sözəbaxan” birini gətirmişdilər. Çevrilişə səbəb isə ondan ibarət idi ki, M.Mosəddeq İranın neft sənayesini milliləşdirmək istəyirdi.

M.Mosəddeq Beynəlxalq Haaqa Məhkəməsinə müraciət edərək Qərb şirkətləri ilə imzalanmış neft müqavilələrinin ləğv edilməsi haqqında iddia qaldırmışdı. Beynəlxalq məhkəmə İranın haqlı olduğunu bildirmiş və Baş nazirin iddiasını təmin etmişdi. Məhz bundan sonra ABŞ İranda dövlət çevrilişi hazırlayıb həyata keçirmişdi(azərtac).

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın