Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Çavuşoğlu təsdiqlədi: “Ermənistanla barışıq prosesinə yenidən başlamaq imkanları müzakirə olunub”

Çavuşoğlu təsdiqlədi: “Ermənistanla barışıq prosesinə yenidən başlamaq imkanları müzakirə olunub”

Türkiyədə baş vermiş hərbi çevriliş cəhdindən əvvəl Ermənistanla münasibətlərin normallaşması prosesinə yenidən başlamaq imkanları Bakıda müzakirə olunub.

Virtualaz.org xəbər verir ki, bu haqda Türkiyənin xarici işlər naziri Movlut Çavuşoğlu “Haberturk” kanalına müsahibəsində deyib. Türkiyə xarici işlər nazirinin iyunda Bakıya səfəri zamanı Ermənistanla normallaşma prosesinə yenidən başlamaq imkanlarını araşdırdığı haqda bir gün əvvəl “Hurriyet” qəzeti yazmışdı.

Xarici işlər naziri deyib ki, bu məsələ ilə bağlı Ermənistanla birbaşa müzakirələr olmayıb, ancaq müxtəlif beynəlxalq forumlar zamanı o, erməni həmkarı ilə danışıb. XİN rəhbərinin bildirdiyinə görə Ankara Qarabağ məsələsində Azərbaycanın tərəfində çıxış edir və Bakının təklif etdiyi bütün həll variantlarını müdafiə edəcək.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın