Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Cənubi Koreya təhlükəsizlik şurasının təcili iclasını çağırır

Cənubi Koreya təhlükəsizlik şurasının təcili iclasını çağırır

Cənubi Koreya prezident Mun Çje İnanın administrasiyası təcili olaraq təhlükəsizlik şurasının iclasının çağırıb.

“ Azinforum.az ” xəbər verir ki, bu barədə “Reyhap” agentliyi məlumat yayıb.

Buna KXDR-in Cənubi Koreya və ABŞ-a qarşı yeni təhdidlər etməsi səbəb olub.

Şuranın iclası saat Bakı vaxtı ilə  11.00-da keçiriləcək.

Hərbi plan dörd “Xvason-12”  orta mənzilli ballistik raketin buraxılmasını nəzərdə tutur. Raketlər Yaponiyanın üç prefekturası üzərindən uçaraq Quam adasından 30-40 km aralıda okeana düşəcəklər. Bununla rəsmi Pxenyan ABŞ-ın Quam adasındakı hərbi bazalarını məhv etməyə qadir olması barədə Vaşinqtona siqnal ötürmək niyyətindədir.

Planının avqustun ortalarına hazır olacağı və baxılmaq üçün Kim Çen Ina təqdim olunacağı bildirilib. Bundan sonra hərbçilər baş komandanın əmri ilə hər an onu həyata keçirməyə hazır olacaq

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın