Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / İqtisadiyyat / BMT baş katibi vəzifəsinə altı rəsmi namizəd iddia edir

BMT baş katibi vəzifəsinə altı rəsmi namizəd iddia edir

“Bu gün üçün BMT baş katibi vəzifəsinə altı rəsmi namizəd iddia edir. Onların hamısı Şərqi Avropa regionundandır”.

“Report” bunu keçirdiyi brifinqdə jurnalistlərə açıqlamasında BMT-nin Baş Assambleyasının 70-ci sessiyasının sədri Mogens Lyukketoft deyib.

“Namizədlərin üçü kişi, üçü qadındır. Bunlar Srcan Kərim (Makedoniya), Vesna Pusiç (Xorvatiya), İqor Lukşiç (Monteneqro), Danilo Türk (Sloveniya), İrina Bokova (Bolqarıstan) və Natalya Germandır (Moldova)”, – deyə Mogens Lyukketoft bildirib.

O, gələcək baş katibin seçim prosesinin şəffaf olacağını qeyd edib. Sədr ilk dəfə BMT-nin 193 üzvünün hamısının seçkilərdə iştirak edəcəyini bildirib.

M.Lyukketoftun sözlərinə görə, aprelin 12-14-də BMT-yə üzv dövlətlər namizədlərlə görüşlər keçirməyə başlayacaq.

Həmçinin oxuyun

Karantin “Microsoft”un xalis mənfəətini 30% artırmasına yardım edib

“Microsoft” 30 sentyabr tarixində sona çatan 2021-ci maliyyə ilinin ilk rübünün yekunlarını açıqlayıb. Bu üç …

Bir cavab yazın