Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / İqtisadiyyat / Bişkekdə Heydər Əliyevin 94 illiyi qeyd olundu

Bişkekdə Heydər Əliyevin 94 illiyi qeyd olundu

Bişkek şəhərində fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun, Bişkek şəhəri mərkəzləşdirilmiş kitabxanalar sisteminin, “Xəzər” İssık Kul azərbaycanlıları İctimai Birliyi, Qırğızıstan Azərbaycanlıları əlaqələndirmə mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd edilib.

Tədbir Bişkek şəhəri mərkəzləşdirilmiş kitabxanalar sisteminə daxil olan kitabxanada keçirilib
Türkdill dövlətlərin siyasətinə dəstək fondunun, Bişkek şəhəri mərkəzləşdirilmiş kitabxanalar sisteminin, “Xəzər” İssık Kul Azərbaycanlıları İctimai birliyinin və Qırğızıstandakı Azərbaycanıların əlaqələndirmə mərkəzi İctimai birliklərinin birgə keçirdiyi tədbirdə yazıçılar, Qırğızıstandakı Azərbaycan diasporunun fəalları və Qırğızıstan cəmiyyətinin üzvləri iştirak etmişdirlər. Mərasimdə çıxış edən Türkdill dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmməov, Fondun vise prezidenti Osman Səfərov, Bişkek şəhəri mərkəzləşdirilmiş kitabxanalar sisteminin direktoru Qulsayra Dandıbayeva, “Xəzər” İssık Kul Azərbaycanlıları İctimai birliyinin prezidenti Ziyəddin Hüseynov, Qırğızıstandakı Azərbaycanıların əlaqələndirmə mərkəzi İctimai birliyinyn Prezidenti Cəbi Rəsulov, şair- tərcüməçi Mukan Asanaliyev və başqaları çıxış edərək Ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü misilsiz işlərdən bəhs edib, unudulmaz dahi şəxsiyyətin dövlətçiliyin möhkəmləndirilməsində və iqtisadiyyatın inkişafında əvəzsiz xidmətlərindən danışıb.

Natiqlər müasir Azərbaycan dövlətinin banisi və qurucusu, Ümummilli lider Heydər Əliyevin həyat yolundan, Vətən və xalq qarşısında göstərdiyi əvəzsiz xidmətlərindən danışıb, Ulu öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkədə yüksək nailiyyətlər qazanıldığını vurğulayıblar.

Daha sonra tədbirdə çıxış edənlər, qeyd ediblər ki, Ulu öndər Heydər Əliyev bütün ömrü boyu doğma Azərbaycan xalqının taleyi ilə yaşayıb, bütün həyatını canından da artıq sevdiyi Vətəninin tərəqqisinə həsr edib. Dahi rəhbərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” müdrik kəlamı dillər əzbərinə, hər bir azərbaycanlının qürurla səsləndirdiyi şüara çevrilib.

Daha sonra Türkdilli dövlətlərinin siyasətinə dəstək fondunun təşəbbüsü ilə nəşr edilmiş “Qırğızıstan Azərbaycan əlaqələrinin inkişafında Heydər Əliyevin rolu” kitabının təqdimatı keçirilib. Kitabın nüsxələri Bişkek şəhəri mərkəzləşdirilmiş kitabxanalar sisteminin direktoru Qulsayra Dandıbayevaya hədiyyə edilmişdir. Qurumun Bişkek şəhəri üzrə 28 kitabxanası var. Kitablar bütün kitabxanalara paylanaraq oxucuların sərəncamına verilməsi tövsiyə olundu. Bundan başqa tədbir iştirakçılarına da həmin kitabdan hədiyyə edildi.

Həmçinin oxuyun

Azərbaycan vətəndaşları Türkiyədə nə qədər daşınmaz əmlak alıb?

Bu ilin yanvar-may aylarında Azərbaycan vətəndaşları Türkiyədə 466 daşınmaz əmlak obyekti alıblar ki, bu da …

Bir cavab yazın