Azərbaycanın
İlk Mobil Operatoru və Ən Sürətli Mobil İntenet Provayderi Bakcell
şirkəti artıq ölkənin bütün bölgələrində yüksək keyfiyyətli 4G
xidmətlərini təqdim edir. Artıq Bakı, Abşeron yarımadası və Azərbaycanın
bütün şəhər və rayonlarında (Naxçıvan Muxtar Respublikası və işğal
olunmuş ərazilər istisna olmaqla) yaşayan Bakcell abunəçiləri şirkətin
təqdim etdiyi yüksək sürətli mobil İnternet xidmətlərindən yararlana
bilirlər.
Qeyd edək ki, 1700-dən artıq 4G stansiyası sayəsində Bakcell
şirkəti əhatə dairəsi və şəbəkə tutumu baxımından ölkədə ən böyük LTE
şəbəkəsinə malikdir.
Bakcell 2018-ci il ərzində mobil internet xidmətlərini ölkənin
regionlarına doğru genişləndiriməyə davam edib. Şəbəkəyə yatırılan iri
həcmli sərmayələr nəticəsində keçən il 300-ü regionlarda olmaqla 800-dən
artıq 4G stansiyası quraşdırılıb. İstifadəçilər üçün ən yüksək
keyfiyyətin təmin olunması istiqamətində aparılan işlərin davamı olaraq
bu il ərzində ölkə ərazisində 750-dən çox 4G baza stansiyası istifadəyə
veriləcək.
Bakcell öz şəbəkəsinin etibarlılığını və sabitliyini təmin etmək
məqsədilə müntəzəm olaraq şəbəkə infrastrukturunu təkmilləşdirir.
“Bakcell şirkəti bazarda lider mövqeyini daha da gücləndirmək və
xidmətlərin keyfiyyətini daha da artırmaq məqsədilə Azərbaycanın ən
keyfiyyətli 4G şəbəkəsinə iri həcmli sərmayələr yatırır. Məqsədimiz odur
ki, 4G xidmətlərimiz bütün ölkə ərazisində təmin olunsun. Buna görə də
şəbəkəmizin əhatə dairəsi və keyfiyyətinin artırılmasına yönəlmiş işlər
davam etdiriləcək”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai
Beckers bildirib.
“Bakcell”in təmin etdiyi keyfiyyət və ən yüksək mobil İnternet
sürətinə yerli və beynəlxalq səviyyədə yüksək qiymət verilir. Belə ki,
2018-ci ildə Bakcell “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına
layiq görülüb. Dünyada tanınmış “Ookla” şirkəti tərəfindən təsdiq edilib
ki, Bakcell şəbəkəsi ölkədə ən yüksək orta yükləmə sürəti və ən aşağı
gecikmə müddətinə (latency time) malikdir. 2017-ci ildə isə mobil rabitə
şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq
lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti
tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən
yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”).
Bakcell özünün yüksək keyfiyyətli mobil şəbəkəsinin
genişləndirilməsi və modenrnizasiyasına yönəlmiş iri-miqyaslı tədbirləri
davam etdirəcək.
Həmçinin oxuyun
Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb
Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …