Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / “Aztelekom” rəhbərinin oğlu Kiyevdə dəhşətli qəza törətdi: maşın yandı, xalası qızı öldü – HADİSƏ YERİNDƏN

“Aztelekom” rəhbərinin oğlu Kiyevdə dəhşətli qəza törətdi: maşın yandı, xalası qızı öldü – HADİSƏ YERİNDƏN

Kiyevin mərkəzində Azərbaycan vətəndaşı ölümlə nəticələnən qəza törədib.

APA TV-nin məlumatına görə, şəhərin Borispol magistralında “Mercedes” yoldan çıxaraq maneəyə çırpıldıqdan sonra aşıb. Bundan sonra avtomobil yanmağa başlayıb.

Yanan maşının içərisindəki sürücü və sərnişini yaxınlıqdakı şəxslərin köməyi ilə çıxarmaq mümkün olub. Lakin xanım sərnişin hadisə yerindəcə ölüb. Azərbaycan vətəndaşı olan 20 yaşlı sürücü isə ağır xəsarətlər alıb.

Şahidlərin dediyinə görə, qəzaya uğrayan avtomobil yüksək sürətlə hərəkətdə olub. Yaralı sürücü xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir. Hadisəni görənlər qəzada daha bir avtomobilin əzildiyi, həmin maşının qəza yerindən uzaqlaşdığını qeyd ediblər.

Son məlumatlara görə, qəzanı törədən sürücü Araz Məmmədov “Aztelekom” İstehsalat Birliyinin direktoru Məmməd Məmmədovun oğlu, qəzada dünyasını dəyişən isə Məmməd Məmmədovun baldızı qızıdır.

http://apa.tv/video/23849

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın