Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanlı Çaplin rekordlar kitabına düşdü – Video

Azərbaycanlı Çaplin rekordlar kitabına düşdü – Video

ABŞ-da azərbaycanlı Çarli Çaplin kimi tanınan sirk ustası Üzeyir Novruzov “Ginnes”in Dünya Rekordları arasına düşüb.

 

Bunu Üzeyir Novruzovun özü Amerikanın Səsinə təsdiq edib.

 

Üzeyir Novruzovun sözlərinə görə, dünən Çinin paytaxtı Pekində keçilən mərasimdə onun dünya rekordunu yenilədiyi təsdiqlənib. Sirk ustası bu rekorda 6 metrlik nərdivanın üzərində fasiləsiz 7 dəqiqə 50 saniyə dayanmaqla imza atıb.

 

Xatırladaq ki, ABŞ və Azərbaycan auditoriyasına America’s Got Talent şousuna qatılmaqla təqdim olunan Üzeyir Novruzov göstərdiyi təhlükəli nömrələrlə qısa vaxt ərzində tanınmağa başlamışdı. Şounun yarım finalında hündür nərdivanın üzərində nömrə göstərmək istəyərkən yıxılmasına baxmayaraq o, izləyicilərin verdiyi səslər sayəsində America’s Got Talent şousunun finalına çıxa bilmişdi. Finalda zədələri səbəbilə yüksək performans göstərə bilməyən azərbaycanlı Çarli Çaplin milyonlarla izləyicinin rəğbətini qazanmışdı.

 

Amerikanın Səsi bir neçə ay əvvəl Üzeyir Novruzovla onun dünya rekordunu təzələmək istəyi barədə də müsahibə aparmışdı. O müsahibəni sizə təqdim edirik.

 

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın