Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda polad boruların istehsalı 2 dəfə artıb

Azərbaycanda polad boruların istehsalı 2 dəfə artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 158,8 milyon manatlıq məhsul istehsal olunub.

Azinforum.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hazır metal məmulatlarının istehsalı sahəsində 4,2 %, metallurgiya sənayesi məhsullarının istehsalında isə 35,4 % azalma müşahidə olunub.

Hesabat dövründə Azərbaycanda polad boruların istehsalı 2,1 dəfə artıb, polad tökmə istehsalı 16,4 %, armaturun istehsalı 57,4 %, hazır metal məmulatların istehsalı sahəsi üzrə isə metaldan konstruksiyaların istehsalı 53,8 % azalıb.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …