Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Bakıda köhnə binalardakı mənzillərə tələbat artıb – VİDEO

Bakıda köhnə binalardakı mənzillərə tələbat artıb – VİDEO

Türkiyədə zəlzələdən sonra Bakıda köhnə binalardakı mənzillərin qiymətində ciddi artım var.

Əmlak Məsələlləri üzrə ekspert Nofəl Quliyev deyib ki, insanlar sovet vaxtı tikilən 5 və 9 mərtəbəli binaların daha dayanıqlı olduğunu ehtimal edərək onlara maraq göstərirlər.

Ekspertin sözlərinə görə, yanvar ayından bu günə qədər qiymət artımı təxminən 30%-ə qədər artıb.

Ekspert bildirib ki, iki otaqlı evlər yanvar ayına qədər müştəriyə 100-110 minə təklif edilirdisə, zəlzələdən sonra 120 min və daha baha satılır. Qiymətə təsir edən baqşa bir amil həmin evlərin bütün kommunal infrasturukturunun və çıxarış sənədinin olmasıdır.

Nofəl Quliyev yaz-yay aylarında evlərin qiymətində artım olacağını istisina etmir. 

Həmçinin oxuyun

Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir – VİDEO

Paytaxtın mərkəzi küçələrindən birində yerləşən Səməd Vurğun bağındakı oturacaqların bir çoxu yararsız vəziyyətdədir. Sözügedən bağdakı …