Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycana idxal edilən kartofun gömrük rüsumu iki dəfə artırıldı

Azərbaycana idxal edilən kartofun gömrük rüsumu iki dəfə artırıldı

Azərbaycana idxal edilən kartofun gömrük rüsumu iki dəfə artırılıb.

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliklə ölkəyə idxal edilən təzə kartofun tarif dərəcəsi iki dəfə artırılaraq 15 faizdən 30 faizə çatdırılıb. Bu, hər il yanvarın 1-dən iyunun 30-dək idxal olunan kartofa aiddir. (Report)

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …