Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Kartofa gömrük rüsumu 2 dəfə artırıldı

Kartofa gömrük rüsumu 2 dəfə artırıldı

Azərbaycana idxal edilən kartof üçün idxal gömrük rüsumu iki dəfə artırılıb.
Belə ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə müvafiq dəyişiklik edib. Sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən idxal gömrük rüsumu kartofun gömrük dəyərinin 30 faizi həcmində olacaq. Bundan əvvəl kartof üçün idxal gömrük rüsumu 15 faiz olub. Bu qərar dərc edildiyi gündən qüvvəyə minir və 2018-ci il oktyabrın 31-dək qüvvədədir.

Qeyd edək ki, idxal gömrük rüsumunun artımı toxumluq kartofu əhatə etmir. Bu qərar istehlak məqsədi ilə yanvarın 1-dən iyunun 30-dək ölkəyə idxal edilən təzə və ilin digər aylarında idxal edilən kartofu əhatə edir.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …