Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycan şərabının əsas idxalçısı Rusiyadır

Azərbaycan şərabının əsas idxalçısı Rusiyadır

Azərbaycan yerli şərabların ixrac həcmini və coğrafiyasını genişləndirməyi planlaşdırır. Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov deyib.

O qeyd edib ki, hazırda Azərbaycan əsasən Rusiyaya şərab tədarük edir.

R.Məmmədov vurğulayıb ki, ötən il 6 milyon dollar həcmində Azərbaycan şərabı ixrac olunub ki, bu da 2016-cı illə müqayisədə 67 faiz çoxdur:

“Bizim üçün vacib istiqamətlərdən biri Çin bazarıdır. Bu il Şanxayda Azərbaycan şərab evi açılacaq. Şərab ixracı ilə bağlı rəqəmlərə gəldikdə isə bu, hələ də ürəkaçan deyil. Amma bu hələ ki, başlanğıcdır”.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …