Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycan elektrik enerjisi ixracını artırıb

Azərbaycan elektrik enerjisi ixracını artırıb

Yanvar-fevral aylarında Azərbaycanın elektrik enerjisi ixracı artıb. 

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, ötən 2 ayda ölkədən 701 milyon 931 min kilovat/saat elektrik enerjisi ixrac olunub. İxrac olunan elektrik enerjisinin dəyəri 30 milyon 471 min ABŞ dolları təşkil edib. 

Xatırladaq ki, keçən ilin eyni aylarında Azərbaycandan 398 milyon 840 min kilovat/saat elektrik enerjisi ixrac edilib, həmin ixracın dəyəri isə 20 milyon 290 min dollar olub. 

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …