Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Zurabişvili azərbaycanlılar yaşayan kəndlərə baş çəkdi – FOTOLAR

Zurabişvili azərbaycanlılar yaşayan kəndlərə baş çəkdi – FOTOLAR

Gürcüstan Prezidenti Salome Zurabişvili Kvemo Kartli bölgəsinin Marneuli rayonunda kənd təsərrüfatının inkişaf perspektivləri ilə tanış olub.

Martın 19-da Salome Zurabişvili Marneuli rayonunun azərbaycanlılar yaşayan Dəmyə-Görarx kəndindəki istixana təsərrüfatına baxıb, bölgə rəhbərliyi və kənd əhalisi ilə görüşüb. 

Bildirilib ki, 2014-cü ildə yaradılmış istixana 2 hektar ərazini əhatə edir. Burada illik məhsuldarlıq 300-400 ton təşkil edir. 

Dövlət başçısı regionda kənd təsərrüfatının inkişafının vacibliyini vurğulayıb, bu sahənin inkişafında kiçik və orta sahibkarlığın, fermer təsərrüfatlarının rolunu qeyd edib. 

Sonra S.Zurabişvili Əzizkənd kəndində olub və buradakı “Hazır şitil” istixanasının fəaliyyəti ilə maraqlanıb. 

İstehsal olunan məhsulun daxili bazarda satıldığı və xaricdə də bu məhsullara ehtiyac olduğu diqqətə çatdırılıb. 

Gürcüstan Prezidenti bölgədə kənd təsərrüfatının inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb və bunun üçün sərmayələrin cəlb olunmasının vacibliyini vurğulayıb. 

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …