Bazar , Avqust 25 2019
Ana səhifə / İqtisadiyyat / Azərbaycandan Qvineyada hasilat biznesinə 200 milyon avro yatıran oliqarx kimdir…

Azərbaycandan Qvineyada hasilat biznesinə 200 milyon avro yatıran oliqarx kimdir…

İrlandiyanın “Anglo-African Minerals” şirkəti elan edib ki, Çinin “China Group New Era” və “China Geo-Engineering Corporation” şirkətləri ilə 200 milyon avro kapitalla birgə müəssisə quraraq Qvineyada boksit hasilatına başlayır.

Virtualaz.org xəbər verir ki, bu haqda dünya aliminium sənayesi üzrə ixtisaslaşmış sayt yazır. Boksit hidroksid aliminium və odadavamlı maddədən ibarət aliminium filizidir. Qara metallurgiyada və aliminium sənayesində istifadə edilir, dünya aliminium sənayesinin əsasını bu filiz təşkil edir.

Bəs bu biznes sövdələşməsinin Azərbaycana nə dəxli var? Virtualaz.org qeyd edir ki, məsələnin maraqlı tərəfi “Anglo African Minerals” şirkətinin kapitalı Azərbaycandan cəlb etməsidir. Azərbaycanın özünün kapitala ciddi ehtiyacının olduğu bir vaxtda Qvineyada boksit hasilatına kapitalı kimin qoyduğu isə qaranlıq qalır.

Həmin oliqarx kapitalı ona görə “Anglo African Minerals” şirkətinə qoyub ki, bu şirkətin Qvineyada dörd boksit yatağında hasilat üzrə lisenziyası var. Layihəyə əsasən şirkət çinli ortaqları ilə birlikdə həmin yataqlardan ildə 2 milyon tona yaxın boksit hasil edəcək.

“Bu birgə müəssisə “Anglo African Minerals” şirkətinin layihələrinin gələcəyini və dividend axınının ciddi artımını təmin edəcək”-şirkətin icraçı direktoru Ceyms Lamli bildirib.

“Bu, bizim kimi balaca şirkət üçün fantastik layihədir ki, pulu Azərbaycandan toplasın, Afrikada hasilat işlərinə başlasın və çinlilərlə konsorsiuma girsin”-bunu isə şirkətin Anglo-Afrika üzrə sədri Con O Konner deyib.

Həmçinin oxuyun

Azərbaycan ən çox Rusiyaya məhsul ixrac edib

Cari ilin yanvar-iyul aylarında Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib. Dövlət …

Bir cavab yazın