Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / “Avropanın təhlükəsizliyi Türkiyədən asılıdır” – Davudoğlu

“Avropanın təhlükəsizliyi Türkiyədən asılıdır” – Davudoğlu

“Avropanın təhlükəsizliyi Türkiyədən asılıdır. Türkiyənin təhlükəsizliyi üçün Suriyanın şimalında təhlükəsiz bölgə yaradılmalıdır”.

Bu fikirləri Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib. Baş nazir bildirib ki, Türkiyə hökuməti illərdir Suriyanın şimalında təhlükəsiz bölgə yaradılmasının vacib olduğunu bəyan edir, amma Avropa bunu eşitmək istəmir:

“Biz hər şeyə rəğmən terrorla mübarizədə Avropa ilə birgə hərəkət etməkdə qərarlıyıq. Avropanın bölgədə təhlükəsizliyi qoruya bilməsi üçün Türkiyədən başqa tərəfdaşı yoxdur”.

Avropa İttifaqı və Türkiyə arasında razılaşmaya toxunan baş nazir onu da qeyd edib ki, əgər ayın 4-ə qədər Türkiyə Böyük Millət Məclisində qanunlara müvafiq dəyişikliklər qəbul edilsə, iyunun sonunda Türkiyə vətəndaşları Avropaya vizasız gedə biləcəklər.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın