Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Ankarada Ali Hərbi Şuranın iclası başa çatdı

Ankarada Ali Hərbi Şuranın iclası başa çatdı

İyulun 28-də Türkiyənin Baş naziri Binəli Yıldırımın sədrliyi ilə Ankarada, Çankaya sarayında keçirilən Ali Hərbi Şuranın iclası başa çatıb.

Anadolu Agentliyi xəbər verir ki, iclasda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar, milli müdafiə naziri Fikri İşıq və digər güc strukturlarının komandanları iştirak ediblər.

İclasdan sonra – Türkiyə vaxtı ilə saat 20-də (Bakı vaxtı ilə 21-də) Prezident Rəcəb Tayyib Ərdoğanın adından Şura üzvlərinin şərəfinə Prezident sarayında ziyafət veriləcək.

Şuranın iclasında qəbul olunan qərarların dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın təsdiq etməsindən sonra ictimaiyyətə açıqlanması nəzərdə tutulur.

Qeyd edək ki, Ali Hərbi Şuranın rəhbəri Türkiyə Respublikasının Baş naziridir. Baş nazir olmadıqda Şuraya Baş Qərargah rəisi rəhbərlik edir.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın