Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Amerikada Trampa qarşı “Bu gündən mən də Müsəlmanam” şüarı altında etiraz – VİDEO

Amerikada Trampa qarşı “Bu gündən mən də Müsəlmanam” şüarı altında etiraz – VİDEO

Ağ Ev rəhbəri Donald Trampın 7 müsəlman ölkəsindən miqrantların ABŞ ərazisinə daxil olmasına qoyduğu qadağaya etirazlar davam edir.
Azinforum.az faktxəbər-ə istinadən məlumat verir ki, ABŞ-ın Nyu-York ştatında “Tayms” meydanına toplaşan minlərlə amerikalı “Bu gün mən də Müsəlmanam” şüarı ilə Trampın qoyduğu qadağaya etirazını bildirib.
Aksiya iştirakçıları ABŞ-ın müsəlman, xristian və yəhudilərdən ibarət vətəndaşları olub. Müsəlman cəmiyyətinə həmrəylik məqsədi daşıyan aksiyaya tanınmış reper Def Jam Recordins və siyasi fəal Rassel Simmons rəhbərlik edib.
Trampın keçmiş dostu olan Simmons aksiyada bunları deyib: “Bu gün burada Donald Tramp səbəbindən toplaşmışıq. Bizi bir yerə topladığı üçün ona təşəkkür etmək istəyirəm. Ölkəmizdə dəyişiklik olduğunu qəbul etmək məcburiyyətindəyik. Uzun illərdir ki, islamofobiya ilə vuruşuruq. Sizlər “mən də müsəlmanam” deyərkən, mən də sizə “Peşmançılıq hissi keçirmədən hər gün Müsəlmanam” deyirəm”.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın