Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Alman ekspert: “Brüssel Azərbaycana qarşı ikili standartlara son qoymalıdır”

Alman ekspert: “Brüssel Azərbaycana qarşı ikili standartlara son qoymalıdır”

“Avropa Parlamentinin 9 sentyabr tarixli qətnaməsi Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərə xələl gətirməklə yanaşı, həm də bütün Cənubi Qafqaz üçün qeyri-sabitlik faktorudur”.

APA-nın “vestikavkaza.ru” saytına istinadən verdiyi xəbərə görə, bu sözləri Berlindəki Qafqaz və Xəzər Araşdırmaları üzrə Avropa İnstitutunun rəhbəri Mattias Dornfeldt deyib.

O bildirib ki, Brüsseldə Azərbaycanın demokratik inkişafı, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ikili standartlar praktikasına son qoyulmalıdır: “Postsovet məkanındakı digər ölkələrə münasibətdə avropalı siyasətçilər bir çox məsələlərə göz yumurlar. Sanksiyalar nadir hallarda öz məqsədinə çatır. Azərbaycan enerji sahəsində Avropa İttifaqının vacib tərəfdaşıdır. Rəsmi Bakı sanksiyalar tətbiq edildiyi halda, Qərbdən uzaqlaşacaq və özünə qarşı ədalətsiz addımlardan müdafiə olunmaq üçün cavab tədbirləri görəcək”.

M. Dornfeldtin sözlərinə görə, oxşar qətnamələrin qəbul edilməsi əvəzinə, Avrasiyaya konstruktiv siqnallar göndərilməlidir. Onun fikrincə, bu cür siqnal viza rejiminin sadələşdirilməsi, Azərbaycan və Qazaxıstana münasibətdə isə ümumiyyətlə, Şengen zonası üçün vizanın aradan qaldırılması ola bilər: “Bir çox Şərqi Avropa ölkəsi ilə müqayisədə Azərbaycan və Qazaxıstan daha yüksək ÜDM-ə malikdir. Hər iki ölkənin əhalisi azdır və bu ölkələrdən iqtisadi miqrasiyanın baş verəcəyindən qorxmaq lazım deyil”.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın