Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / ABŞ mətbuatı erməni qızların kişi qıtlığı çəkən orduya gəlməsindən yazdı – Fotolar

ABŞ mətbuatı erməni qızların kişi qıtlığı çəkən orduya gəlməsindən yazdı – Fotolar

ABŞ-ın nüfuzlu “Washington Post” qəzetinin foto-bloqunda Ermənistan və Dağlıq Qarabağdakı hərbi təhsil müəssisisələrində təhsil alan qadın kursantlar haqqında fotolar yerləşdirib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, fotoların müəllifi fotoqraf Lena Muçadır.

Qəzetdəki materialda qeyd olunub ki, Ermənistan və Azərbaycan arasındakı aprel toqquşmasından sonra çoxlu sayda gənc qadın ənənələrin genderdə rolu haqda çağırışları kənara atıb və “silaha sarılıb”. Fotobloger qeyd edib ki, elə bu səbəbdən də hərbi sahədə karyera qurmaq istəyən qadınlar “mühafizəkar cəmiyyətdə” qəbul olunmur və çətinliklərlə üzləşirlər.

Yazıda qeyd olunur ki, 2014-cü ildə İrəvandakı hərbi akademiyaya ilk olaraq 23 qız daxil olub. Bir il sonra isə Xankəndidəki ali hərbi məktəb qızların qəbuluna başlayıb.

“Qadınlar hərbidə olmalı deyil, bura onların yeri deyil. Onlar kişilər kimi deyillər”-İrəvandakı hərbi institutdakı fiziki hazırlıq üzrə təlimçilərdən biri etiraf edib.

Ötən ilin aprel döyüşlərindən sonra əsgər çatışmazlığı ilə üzləşən işğalçı ölkənin qadınlar da orduya cəlb etməsindən dəfələrlə yazmışıq. Ancaq istənilən halda, Amerikanın aparıcı media orqanında işğalçı ölkənin Azərbaycana qarşı faktiki olaraq terrorçu hazırlamasını bu şəkildə reklam etməsi anlaşılan deyil. Üstəlik, bloggerin qanunsuz olaraq Dağlıq Qarabağa səfər etməsi, buradakı qeyri-qanuni hərbi hazırlıqları işıqlandırması yəqin ki, cavabsız calmayacaq. Hər halda XİN-in “qara siyahısı”na daha bir adın əlavə olunacağı şübhəsizdir.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın