Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Sarkisyanın arvadı İspaniyada pul “yuyurmuş”: ilk həbslər

Sarkisyanın arvadı İspaniyada pul “yuyurmuş”: ilk həbslər

Bu günlərdə İspaniyada böyük cinayətkar qrupun fəaliyyətinin qarşısının alınması əməliyyatı zamanı Barselonanın ən təmtəraqlı restoranlarından biri “Yubar”ın sahibi Arman Mailyan həbs edilmişdi.

Virtualaz.org-un xüsusi müxbiri Vahan Martirosyanın əldə etdiyi xəbərdə bildirilir ki, rəsmi məlumatlara görə, cinayətkar qrup 11 şəxsdən ibarət imiş və əsasən də, MDB ölkələrindən müəyyən şəxslər üçün pulların yuyulması ilə məşğul olurmuş. Həbs edilənlər arasında Kiyevin keçmiş merinin oğulu Stefan Çernovski da olub.

Mailyanın köməyinə hamıdan əvvəl Kiyevin erməni icmasının rəhbəri, MDB-nin kriminal dairələrində yaxşı tanınan Norik Qevorkyan çatıb. Mailyana kömək etmək cəhdlərini nümayişkaranə şəkildə göstərən Gevorkyan KİV-ə bildirib: “Mən Armana zəng etməyə çalışırdım, amma alınmadı. Onun doğmaları ilə danışdım, onlar dedilər ki, İspaniya hökumətinə sadəcə olaraq ermənilərə qarşı olan bu səs-küyü işi “bişirmək” lazım idi. Mən də belə düşünürəm, çünki Arman tərəfindən orada hansısa 10 milyon avronun yuyulması haqqında danışanda, bu mənə gülməli gəlir. Bu, onun səviyyəsi deyil, onların da səviyyəsi deyil. Stefan 1 milyarddan çox dollara malikdir, belə xırda işlərlə məşğul olmaq onun nəyinə lazımdır…

Armanın çox gözəl vəkili var, bizim səfirlik də bu işə qarışacaq, hər şey qaydasında olacaq. Çoxları Armanın arxasında gizlənirlər”.

Ermənistanda son bir neçə ildə israrlı şayiələr gəzirdi ki, katolikos Qereqin və prezidentin həyat yoldaşı Rita Sarkisyan məhz İspaniyada onlarla milyonlar dolları və avronu yuyublar.

Amma iki il əvvəl keçmiş baş nazir Tiqran Sarkisyanla və baş keşiş Navasard Kçoyanla olduğu kimi, burada da əsaslı dəlillər olmadığından bu deyilənlər də şayiələr səviyyəsində qaldı.

Ancaq bu birgə fotolar birbaşa onu göstərir ki, bütün bu insanlar pulların yuyulması ilə həqiqətən də məşğul olublar.

Fotolarda: katolikos Qereqinlə Arman Mailyan, prezident Sarkisyanla A. Mailyan, Kiyevdə erməni icmasının başçısı Norik Qevorkyan, Ermənisan Respublikasının İspaniyadakı səfiri Avet Adonsem və Sarkisyanın kürəkəninin məşuqəsi aktrisa Nazeni

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın