Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / “23 illik həyat yoldaşım məni təhdid etdi” – Çavuşoğlu

“23 illik həyat yoldaşım məni təhdid etdi” – Çavuşoğlu

Türkiyə Xarici işlər naziri Mevlüt Çavuşoğlu ölkədə edam cəzasının yenidən bərpa olunması ilə bağlı müzakirələrin getdiyi vaxtda həyat yoldaşı ilə arasında yaşanan maraqlı dialoqu paylaşıb.

Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Çavuşoğlu bu məsələ ilə bağlı həyat yoldaşının onu təhdid etdiyini etiraf edib:

“Mən şəxsən söyləyirəm. Edam cəzasının əleyhinəyəm. Həyat yoldaşım çevriliş cəhdinin səhərisi günü məni təhdid etdi. “Edam cəzası ilə bağlı sənin düşüncələrini bilirəm. Lakin fikrini dəyişsən səninlə münasibətlərimizi yenidən nəzərdən keçirəcəm”, – dedi. Mən heç nə demədim. 23 ildir evliyik, lakin həyat yoldaşım ilk dəfədir ki, məni təhdid etdi”.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın