Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / ƏRDOĞAN PUTİNDƏN ÜZR İSTƏDİ – VİDEO

ƏRDOĞAN PUTİNDƏN ÜZR İSTƏDİ – VİDEO

Bu gün Türkiyə prezidenti R.T.Ərdoğan Rusiyaya məxsus “Su-24” təyyarəsinin vurulması ilə bağlı Vladimir Putinə məktub göndərib.

Kremlin rəsmi saytında məktubun mətni dərc edilib.

Məktubda Ərdoğan Rusiyanı Türkiyənin dostu və strateji tərəfdaşı adlandırıb: “Bizim heç vaxt Rusiyaya məxsus təyyarəni vurmaq kimi niyyətimiz olmayıb. Biz öz üzərimizə böyük risk götürərək və ciddi səy göstərərək rusiyalı pilotun cəsədini Suriya ərazisindən çıxardıq və onu Türkiyəyə gətirdik. Mən bir daha həlak olan pilotun yaxınlarına başsağlığı verirəm və üzr istəyirəm. Onların acısını bölüşürəm. Rusiyalı pilotun ailəsini türk ailəsi kimi qəbul edirəm. Ailənin acısını yüngülləşdirmək üçün istənilən təşəbbüsə hazırıq”.

Məktubda həmçinin bildirilir ki, Ərdoğan Türkiyə-Rusiya münasibətlərinin normallaşması və onların ənənəvi səviyyəyədək bərpa olunması üçün əlindən gələni etməyə hazırdır.

Türkiyə regiondakı böhran vəziyyətlərinə qarşı və terrorla mübarizədə Rusiya ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.

 

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın