Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Gündəm / Restoran sahibi olan müəllimə jurnalistdən “hesab” soruşmağa gəldi – QALMAQAL

Restoran sahibi olan müəllimə jurnalistdən “hesab” soruşmağa gəldi – QALMAQAL

İyunun 23-də Legion.az-da ““Namlı Kebap” restoranının sahibi Texniki Universitetin müəllimi çıxdı”başlıqlı yazı dərc olunmuşdu.

Buna qədər isə iyunun 21-də Qafqaznews.az-da “Müştərini narazı salan “Namlı Kebap” restoranı həm də vergidən yayınır?” başlıqlı yazı dərc olunmuşdu.
Yazıda bildirilirdi: “Qafqaznews.az-a müraciət edən Bakı sakini İntiqam Həsənov bildirdi ki, 2 gün əvvəl “Sahil” metrostansiyası yaxınlığında dostları ilə adətən iftar etdiyi “Dafne” restoranına gedərkən, “Namlı Kebap”adlı restoranın içindən azan eşidiblər. “Biz qərara gəldik ki, elə burda oturaq. Soruşduq iftar menyunuz varmı, dedilər yox, amma münasib yeməklər təklif edə bilərik. Biz üç nəfər idik, lakin bir nəfər iftar tutmurdu, o sadəcə 5 manatlıq mərci şorbası içdi. İki nəfər üçün bir az salat, “Sirab” suları və iki pors da quzu soyutması gətirdilər. Hesab istəyəndə bizdən 92 manat 50 qəpik tələb olundu. Mən heyrətləndim. Digər tərəfdən, verdikləri çekdə VÖEN qeyd olunmayıb”.– deyə İ.Həsənov bildirdi.

namli-kebab-1Vergilər Nazirliyinin əməkdaşı Murad İbrahimovQafqaznews.az-a bildirdi ki, Vergilər Məcəlləsinin 50-ci maddəsinə görə, kassa-nəzarət aparatından verilən çeklərdə VÖEN qeyd olunur: “Əgər hansısa müəssisədə vətəndaşlara verilən çekdə VÖEN nömrəsi yoxdursa, bu, qanun pozuntusudur. Belə qanun pozuntusuna yol verənlərə qarşı VM-in 57-ci maddəsi əsasında sanksiya tətbiq olunur”.
Həmçinin, Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da vurğuladı ki, VÖEN qeyd olunmayan çek vermək kobud şəkildə qanunu pozmaq deməkdir. Onun sözlərinə görə, VN-də qeyd olunmayan başqa aparatdan çek çap etməklə, müştərini aldadır və vergidən yayınırlar (Qafqaznews.az)”.1-2-1-113530702_252756655097735_132197471_n

Bu yazıdan sonra Qafqaz Xəbər Agentliyinə zəng edən Venera Yusif qızı Əsgərova adlı şəxs bildirdi ki, restoranın sahibi odur: “Oranı icarəyə götürmüşəm. Mən dövlət işində işləyirəm, Texniki Universitetdə müəlliməyəm. “Sənaye iqtisadiyyatı və menecment” kafedrasında hüquqdan dərs deyirəm”.
Lakin sonradan Venera Əsgərova təkidlə bildirdi ki, “Namlı Kebap”ın rəsmi olaraq sahibi kimi Kamal Özerolun adını yazaq, çünki öz adı həmin şirkətdə hüquqşunas kimi gedir. Eyni zamanda, Venera Əsgərova bizi qeyri-obyektiv olmaqda ittiham etdi: “Müştərilərə hesab veriləndə kiçik ölçüdə, VÖEN qeyd olunan çek verilir və yanında əlavə yediyi yeməklərin siyahısı təqdim olunur. Həmin çeklə qəbz bir-birinə tikilib verilir. Sizin yayımladığınız çek deyil“.namli-kebab-3

İyunun 24-də Venera Əsgərova Qafqaz Xəbər Agentliyinə baş çəkərək, məqalələrin müəllifi ilə görüşməyi tələb etdi.“Müəllifin mən olduğumu biləndə isə, təhqirlərə və “qeyri-obyektiv yazmağıma” dair ittihamlara başladı. Mən sadəcə onun sözlərini düzgün dərc etdiyimizi dedim, o isə məni qərəzdə ittiham etməyə davam edirdi. Hər hansı təxribatdan ehtiyatlanaraq, redaksiyanın ofisini tərk etdim.

Ondan sonra V549582_423579-1enera Əsgərova agentliyin rəhbərliyindən tələb etdi ki, “Namlı Kebap” barədə yazılar saytdan yığışdırılsın”, – deyə Qafqaz Xəbər Agentliyinin əməkdaşı Rüfət Əhmədzadə bildirib.

“Əgər ali məktəb müəllimi repetitorluqla məşğul olursa, bu onun peşəsinin davamıdır”, – deyə deputat Araz Əlizadə Kavkaznews.az  saytına bildirib.Lakin deputatın fikrincə, əgər müəllim restoran işlədirsə, o zaman həmin müəllimə təklif etmək lazımdır ki, kommersiya ilə pedaqogika arasında seçim etsin.

 

1-2-1-1

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın