Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Ərdoğanın baş müşaviri ailəsi ilə bərabər Rəsulzadənin məzarını ziyarət etdi

Ərdoğanın baş müşaviri ailəsi ilə bərabər Rəsulzadənin məzarını ziyarət etdi

Prezident Rəcəb Tayyib Ərdoğanın hazırda mətbuat üzrə baş müşaviri Yalçın Topçu Məhəmməd Əmin Rəsulzadənin doğum günü münasibətilə məzarını ziyarət edib.
Türkiyənin keçmiş mədəniyyət və turizm naziri, Prezident Rəcəb Tayyib Ərdoğanın hazırda mətbuat üzrə baş müşaviri Yalçın Topçu Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin doğum günü münasibətilə məzarını ziyarət edib.
Yalçın Topçu Məhəmməd Əmin Rəsulzadənin Ankarada yerləşən məzarı önünə gül dəstəsi qoyaraq, ona dualar oxuyub.
Ziyarət zamanı Yalçın Topçunun ailəsi də onunla bərabər olub. (Ölkə.Az)

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın