Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Ərdoğan: Suriyada Rusiyaya yer yoxdur

Ərdoğan: Suriyada Rusiyaya yer yoxdur

Suriyada Rusiyaya yer yoxdur.

Trend-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Suriya xalqı ilə Türkiyəni çox şey birləşdirir, belə ki, vaxtilə Suriya ərazisi Osmanlının tərkibinə daxil olub.

Prezident qeyd edib ki, Suriyada etnik türklər yaşayırlar və bu, Türkiyənin Suriya ilə bağlı fəal siyasət yürütməsinin amillərindən biridir.

Virtualaz.org xatırladır ki, bu gün Belqradda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüşün keçiriləcəyi gözlənilir.

Yaranmış məlum gərginliyin yumşaldılmasına xidmət edəcək həmin görüş ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin illik toplantısı çərçivəsində keçiriləcək.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın