Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / İqtisadiyyat / Ərdoğan: “Sən kimsən ki, Türkiyə prezidentinə göstəriş verirsən?”

Ərdoğan: “Sən kimsən ki, Türkiyə prezidentinə göstəriş verirsən?”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dənizlidə tərəfdarlarının qarşısında çıxışı zamanı Almaniyanın xarici işlər naziri Ziqmar Qabrieldən kəskin formada “öz yerini bilməyi” tələb edib.

Virtualaz.org “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğanın sözləri Türkiyə ilə Almaniya rəhbərlikləri arasında bitmək bilməyən söz davasının davamı olub.

“Biz onlara 4 min terrorçunun adı olan siyahı vermişik. Heç bir cavab gəlmədi, hələ üstəlik, onlar özlərini bir, iki, yaxud üç nəfərin azad edilməsini xahiş etməkdə haqlı bilirlər. Qüsura baxmayın, amma sizdə olduğu kimi, bizim də hüquq və qanunumuz var. Hələ bu xarici işlər naziri! Öz yerini bilmir! Sən kimsən ki, Türkiyə prezidenti ilə söhbət edirsən? Sən Türkiyənin xarici işlər nazirliyi ilə danışa bilərsən. Öz yerini bil, kimsən ki, bizə göstəriş verirsən? Sənin siyasi keçmişin nədən ibarətdir? Neçə yaşın var? Mən bütün ömrümü siyasi mübarizəyə həsr etmişəm!”, – Ərdoğan Almaniya XİN başçısının tənqidinə cavab verib.

Xatırladaq ki, Ziqmar Qabriel Türkiyə prezidentinin Almaniyada yaşayan türklərə Bundestaqa seçkilərlə bağlı etdiyi çağırışı AFR-in suverenliyinə müdaxilə aktı kimi qiymətləndirmişdi.

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …

Bir cavab yazın