Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / “Ərdoğan getdi, artıq daha güclüyük” – İsrail mediası toy-bayram içində

“Ərdoğan getdi, artıq daha güclüyük” – İsrail mediası toy-bayram içində

Türkiyədə AKP-nin  təkbaşına  hökuməti təşkil edə bilməməsi  İsrail mediasında böyük sevincə səbəb oldu.
Avropa.info xəbər verir ki, Türkiyəni İsrailə qarşı düşmən ölkə kimi qiymətləndirən Tel-Əviv mediası, seçki günü  Ankaradan gələb xəbərləri anbaan izləyib.
İsrail mediası  seçkinin nəticələri haqqında dərc etdiyi yazılar  “Ərdoğan getdi, artıq daha güclüyük” başlıqları ilə dərc edilib.
                                              AKP  İzrailə qarşı idi
İsrailin  baş naziri  Netanyahuya yaxınlığı ilə tanınan  “İsrael Today” qəzeti  seçkilər  nəticəsində xalqın Ərdoğana yox dediyini yazıb. Adı çəkilən  qəzet  Türkiyədəki seçkilərə  qəzetin ilk üç səhifəsində geniş yer verib . Aparılan təhlillərdə AKP-nin 12 illik hakimiyyəti dönəmində  İsrailə qarşı zidd siyasət apardığı bildirilir. Qəzet  Türkiyənin  Qəzza məsələsində İsrailə qarşı çıxdığını yazıb.
                                            Yeni dönəmdə rahatıq
“İsrael Today” qəzeti  AKP-nin  Misirdəki  Müsəlman Qardaşları Təşkilatı ilə  yaxın olduğunu və AKP-nin hakimiyyəti dövründə  yəhudilərin  Türkiyədə xof  içində yaşadıqlarını  bildirir. Qəzet yazır ki, HDP-nin  parlamentə  daxil olması  ilə Türkiyədə yeni bir dönəm yaşanacaq.
                                             İstanbula qayıdırıq
AKP-nin Həmasın ən böyük dəstəkçisi olduğunu yazan qəzet, son illərdəki gərgin münasibətlərə görə, israilli turistlərin Türkiyəyə gedə bilmədiklərini qeyd edir.  “İsrael Today” qəzeti hakimiyyətdəki qeyri-müəyyənliklə birlikdə özlərinə fürsət açıldığını  bildirərək, məqalələrinin birini “İstanbula qayıdırıq”  başlığı ilə dərc edib.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın