Şənbə , Avqust 24 2019
Ana səhifə / İqtisadiyyat / Ədəbiyyat üzrə Nobel mükafatı niyə rokçuya verildi?

Ədəbiyyat üzrə Nobel mükafatı niyə rokçuya verildi?

Etibar Əliyev: “Bir müddətdən sonra məlum olacaq ki, Bob Dilanın poeziyası…”
2016-cı ilin ədəbiyyat üzrə Nobel mükafatı Amerikalı mahnı müəllifi, yazarı-bəstəkarı Bob Dilana verildi. Mükafat ona “Amerikanın möhtəşəm mahnı ənənələri əsasında yeni poetik özünüifadə forması yaratdığına görə” verilib.

Bob Dilan (Robert Allen Tsimmerman) 1941-ci ildə yəhudi ailəsində doğulub. Əsli Rusiyadandır. 1905-ci ildə – yəhudi talanlarından sonra ata babası və nənəsi Odessadan (o zaman Rusiya imperiyasına aid idi) ABŞ-a köçüblər. Bob Dilan rok musiqisində böyük nüfuz sahibi sayılır. Onun siyasi məzmunlu “Blowin in the Wind” və “The Times They Are a-Changin” kimi mahnıları ABŞ-da mülki hüquqlar uğrunda hərəkatın himninə çevrilib. Ədəbiyyat üzrə Nobel mükafatının bir rokçuya verilməsini düzgün addım hesab etməyənlər də var.

Nobel mükafatçılarının tədqiqatçısı, fəlsəfə doktoru Etibar Əliyev: “Son nobelçilərin seçimində də təcrübə göstərdi ki, biz obyektiv, ya da subyektiv səbəblərdən laureatların çoxunu tanımırıq. Son dövrlərin larueatlarına baxsaq, məsələn, Çin yazıçısı Mo Yanı tanımırdıq. Heç onun rus dilində də əsərləri çap olunmamışdı. Patrick Modiano yaxından tanımırdıq. Bundan başqa Kanada yazıçısı Alice Monronu və digərlərini bizim ədəbiyyatçılar belə tanımırdı. Ona görə ki, onların əsərləri dilimizdə çap olunmamışdı. Sonradan onların əsərləri ilə tanış olduqdan sonra o larueratların həqiqətən Nobel mükafatına layiq olduğu qərarına gəldik. Hətta biz Tomas Transtromer kimi böyük şairi tanımırdıq. Çünki şeirləri dilimizə tərcümə olunmamışdı. Ola bilsin ki, biz yaxın gələcəkdə Bob Dilanın yaradıcılığı ilə tanış olaq. Bundan sonra biz onu müzakirə edə bilərik. Nobel mükafatlarının verilməsi çox mürəkkəb bir prosedurdur. Xüsusilə ədəbiyyat sahəsində mükafatı İsveç Kral Akademiyasında verilir. Hər halda, onun namizədliyinin keçməsinə səs verən ekspertlərin rəyinə hörmətlə yanaşmaq lazımdır. Hesab edirəm ki, bir müddətdən sonra məlum olacaq ki, Bob Dilan çox maraqlı adamdır və onun poeziyası kifayət qədər Nobelin vəsiyyət etdiyi ideal yönümə uyğun gəlir. Yəni onlar oradan kənara çıxa bilmir. Yalnız idealyönümlü əsərlərə, poeziyalara, əsərlərə, təhkiyəyə və romanlara verirlər”.

 

Həmçinin oxuyun

Azərbaycana 100 min manata motosiklet gətirilir

Azərbaycanda motosiklet həvəskarlarının sayı artır. Bu isə motosiklet sürücülərinin sayının artmasına gətirib çıxarır. Nəqliyyat üzrə …

Bir cavab yazın