Ana səhifə / Sosial / “Unibank”ın borclarını idmançı gənclər yığacaq – RƏZALƏT

“Unibank”ın borclarını idmançı gənclər yığacaq – RƏZALƏT

“Unibank” ın verdiyi işçi elanı cəmiyyətdə birmənalı qarşılanmayıb.
Bank problemli kredit şöbəsində idmançı gənclər üçün vakansiya olduğunu bildirib. Maraqlıdır, bank idmançı gəncləri nəyə görə işə dəvət edir, xarici ölkələrdə problemli kreditlər necə yığılır?
İqtisadçı ekspert Əkrəm Həsənov Moderator.az-a açıqlamasında bildirdi ki, bankın bu addımı qanunsuzluqdur:

“Görünən odur ki, bank qanuni yollarla kreditləri toplamaqdan imtina edib. Onlar artıq hədə-qorxu variantına üstünlük verməyə başlayıblar. Bu isə qanunsuz addımdır. İnsanlarımız artıq maariflənib, məhkəmələrdən çəkinmirlər, ona görə də bank bu addımı atıb. Hesab edirəm ki, müəyyən mənada bu insanlarımızın qələbəsidir. Deməli, artıq qanunlar işləməyə başlayıb. Bu isə banklara sərf etmir. Bankla borc problemi olan şəxslər belə qoçu dəstələri ilə heç bir təmasa girməməlidirlər. Məhkəmə var, qanun var, problemi məhkəmə həll etməlidir. Borclulara hər hansısa formada təzyiq olduqda onlar polisə müraciət etməlidir. Bütün dünyada borcun yalnız bir qaytarma yolu var – məhkəmə. Əgər borclu borcunu qaytara bilmirsə bu zaman borc batır. Bu zaman bank günahı özündə axtarmalıdır. Kredit verilən zaman müştəri düzgün təhlil edilməlidir.”

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın