Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / “Vikipediya”ya inanıb futbolçu aldılar – Kuryoz transfer

“Vikipediya”ya inanıb futbolçu aldılar – Kuryoz transfer

Litva futbolunda kuryoz hadisə yasanıb.

Bu ölkənin “Panejevis” klubunun yenicə transfer etdiyi hücumçu Barkli Migel Panzonun göstəricilərinin səhv olduğu üzə çıxıb.

Yenicag.az-ın məlumatına görə, klub rəsmiləri onun haqqında “Vikipediya”da qeyd olunan məlumatlara inanıblar.

Orada bu futbolçunun vaxtilə İngiltərənin “Kuinz Park Reyncers” klubunda çıxış etdiyi, bu komandanın heyətində 36 oyun keçirib, 24 qol vurduğu qeyd olunub. Hətta sözügedən forvardın Anqola yığma komandasında 3 oyuna çıxdığı da diqqətə çatdırılıb. Litvalılar da məhz bu məlumatlara aldanaraq, Panzonu komandaya dəvət ediblər, onunla müqavilə bağlayıblar.

Lakin sonradan məlum olub ki, həmin məlumatlar dəqiq deyil. Əslində bu futbolçu heç KPR-də oynamayıb, Anqola yığmasının da üzvü deyil. Panzo rəsmi olaraq İngiltərənin gücünə görə səkkizinci liqasında çıxış edən “Uolton”da forma geyinir.

Qeyd edək ki, “Panejevis” Litva çempionatının birinci divizionunda turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …