Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Tibb / Uşağınızın boyu kiçikdirsə… – Cırtdanboyluluq haqda həkim məsləhəti

Uşağınızın boyu kiçikdirsə… – Cırtdanboyluluq haqda həkim məsləhəti

Son zamanlar Azərbaycanda cırtdanboyluların sayca artdığı barədə məlumatlar dolaşır.

Teleqraf.com bildirir ki, sualları endokrinoloq Gülay Məmmədovacavablandırıb.

Картинки по запросу endokrinoloq Gülay Məmmədova

– Cırtdanboyluluğun səbəbləri barədə nə deyərdiz?

– Beyində hipofiz adlanan vəz var və o boy hormonu ifraz edir. Doğulandan başlayaraq hər kəsin sümük kütləsinin inkişafını, boyunun artmasını həmin vəz təmin edir. Hipofiz vəzdən boy hormonunun hər hansı səbəbdən ifraz olunmamsı, çatışmaması insanlarda cırtdanboyluluq əmələ gətirir.

Bu zaman boy hormonu ifraz edən hüceyrələr çalışmır və həmin hormon ifraz olunmur. Bu, əsasən hipofiz vəzinin hansısa xəstəliyindən, hipofizə qan sızmasından, hipofizin mikrodundan və ya naməlum səbəbdən ola bilər.

– Cırtdanboyluluğun hansı müalicə üsulları var?

– Bu xəstəliyin yeganə müalicə üsulu xəstəyə çöldən iynə şəkilində boy hormonunun vurulmasıdır. Yəni əvəzedici hormon terapiyası aparılır. Hər gün bir dəfə iynə şəkilində boy hormonu inyeksiya ilə ya dəri altına, ya da göbəyə, qola, buda vurulur. Müalicəsi yalnız bu üsulla aparılır.

– Valideyn hansı dövrdə bilməlidi ki, övladında cırtdanboyluluq var?

– Baxmaq lazımdır ki, boy hormonu çatışmazlığı hansı dövrdə müşahidə edilir. Körpəlikdən, üç-beş yaşlarında, hətta yetkin insanlarda da boy hormon çatışmazdığı ola bilər. Əgər uşaqda öz yaşıdlarına, sinif yoldaşlarına baxanda boy, əzələ və sümük kütləsinin inkişafında bir gerilik nəzərə çarpırsa, valideyn mütləq həkimə müraciət etməlidir. Sahə üzrə pediatr uşaqda bu xəstəliyin əlamətlərini aşkarlayarsa, uşağı endekronoloquna yönəldir və o, xəstəliyi tam aşkarlayaraq müalicəyə başlayır.

– Belə bir fikir var ki, zaman keçdikcə insanların boyu kiçilir. Bu, düzdür?

– Bu, daha çox yaşlı insanlara aiddir. Xüsusilə də sümük əriməsindən, ostioparozdan əziyyət çəkənlərdə belə olur. Hətta bir neçə santimetr yox, 10 santimetrə qədər boy kiçilməsi mümkündür.

Amma boy kiçilməsi çoxdursa, bu, normal bir şey sayılmır. Çox güman ki, xəstədə ostioparoz var.

– Hansı ölçülər cırtdanboyluluq sayılır?

– Oğlan və qız üçün hər yaş, hər ay üçün özünün böyümə normaları var. Ona uyğun həkimlər hesablaya bilər. Bunu valideyn bilə bilməz. Valideyn sadəcə digər yaşıd uşaqlarla müqayisə apara bilər. Əgər hiss edilən ciddi fərq varsa, o zaman təşvişə düşüb pediatra getmək lazımdır.

– Cırtdanboyludan cırtdanboylu övlad törəmə ehtimalı varmı? Yəni bu, genetik ötürülürmü?

– Bu, genetik ola da bilər, olmaya da. Liliputluq başqa şeydir, cırtdanboyluluq başqa bir şey. Ayrı-ayrı xəstəliklərdir. Cırtdanboyluluq genetik xəstəliyin bir komponenti də ola bilər, amma genetik olma ehtimalı çox azdır. Bu cür insanlarda xəstəlik vaxtında aşkarlana və müalicə olunarsa, adi insanlardan heç nə ilə seçilməzlər.

Liliputluqda isə müalicə yoxdur və onlar ömrüboyu elə qalırlar. Onlardan doğulan uşaq da çox vaxt liluput olur. Yəni liliputluq, karliklik genetik xəstəlikdir. Gen mutasiyası nəticəsində boy, bütün sümük, əzələ toxumasə inkişafdan qalir və genetik olduğu üçün lap doğuluşdan boy hormonu çatmır və insanlar çox kiçik ölçüdə olurlar. Liliputların boyu 40-90 santimetrə çatır, çəkiləri isə 5-15 kq arasında dəyişir.

Cırtdanboylu kişilərdə boyun uzunluğu maksimmum 130 sm, qadınlarda isə 120 sm olur.

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …