Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / UEFA “Qarabağ“ın rəqibini cəzalandırdı

UEFA “Qarabağ“ın rəqibini cəzalandırdı

UEFA Macarıstanın “Ferentsvaroş” klubunu Çempionlar Liqasının təsnifat mərhələsində “Slovan”la görüşdə azarkeşlərin davranışına görə cərimələyib.

Qafqazinfo xəbər verir ki, “Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi azarkeşlər tərəfindən irqçilik nümayiş etdirildiyinə, həmçinin pirotexniki vasitələrdən istifadə edildiyinə və əşyalar meydançaya atılmasına görə 79 min avro cərimələnib.

UEFA, həmçinin növbəti səfər matçında “Ferentsvaroş” azarkeşlərinə bilet satışının qadağan edilməsinə qərar verib. Bundan əlavə, macarlar bir matç üçün tribunaların qismən bağlanması ilə cəzalandırılıb. Macarıstan klubunun növbəti ev oyununda “İrqçiliyə yox” pankartı asılmalıdır.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …