Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Rusiya gəmilərinin Azərbaycandakı təlimə buraxılmaması ilə bağlı səsləndirilən fikirlər yersizdir”

“Rusiya gəmilərinin Azərbaycandakı təlimə buraxılmaması ilə bağlı səsləndirilən fikirlər yersizdir”

“Rusiya gəmilərini Xəzərin Azərbaycan hissəsinə buraxmamaqla bağlı səslənən fikirlər yalnışdır. Azərbaycanda “Dənizi kuboku” artıq beşinci ildir ki, keçirlir. Bütün bu illər ərzində Azərbaycan dənizçiləri təlimlərdə həm təcrübə qazanıb, həm də bacarıqları ilə aparıcı yerlər tutublar. Rusiyaya gəlincə isə, təxminən yarım il bundan öncə, daha dəqiq desək, fevral ayında Azərbaycan Prezidenti ilə Rusiya Prezidenti arasında 43 bənddən ibarət çox mühüm strateji tərəfdaşlıq razışlaşması imzalanıb. Yəni Rusiya strateji tərəfdaşımızdır. Buna görə də Rusiya ilə çox sıx əlaqələrimiz var. Bizim Rusiya ilə həm dəniz, həm də quru sərhədimiz mövcuddur və bütün qonşularla xüsusilə də Rusiya ilə çox yaxın əlaqələr saxlamağa istiqamətlənmişik. Bundan əlavə, Rusiya ilə Azərbaycan prezidentləri arasında da çox səmimi, yaxın dostluq əlaqələri də mövcüddur. Bu səbəbdən də düşünürəm ki, Rusiya gəmilərinin təlimə buraxılmaması ilə bağlı səsləndirilən fikirlər yersizdir. Nəyə görə onları buraxmaq lazım deyil ki? Burada nə var ki?”

Bunu Pravda.az-a açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.

Ş.Ramaldanov bildirib ki, “Dəniz kuboku”nda Rusiyanın, İranın, Qazaxstanın və Azərbaycanın dəniz donanmaları arasında yarış keçirilir: “Burada xüsusi nə var ki, biz Rusiya gəmilərini bu yarışa buraxmayaq? Bunu deyənlərin vəziyyətdən dərin anlayışları yoxdur. Populist ifadələrdir. Rusiyanın gəmiləri Azərbaycan dövlətinin dəvəti ilə buradadırlar. Hazırda Azərbaycan ərazisində müvəqqəti yerləşən rus sülhməramlı qüvvələri də var. Onlar Azərbaycan dövləti ilə razılaşdırılmış şəkildə missiyanı yerinə yetirirlər. Azərbaycan ərazisində Rusiya və Türkiyə birgə monitorinq qrupu da fəaliyyət göstərir. Vətən müharibəsi zamanı Rusiyanın rolunu da xüsusilə qeyd etmək istəyirəm. Rusiya prinsipcə ermənilərin müraciətini cavabsız qoydu və “Qarabağ Azərbaycanındır” deyərək ölkəmizi müharibədə dəstəklədi. Rusiya ilə Azərbaycan arasında mövcud olan iqtisadi, ticari, mədəni əlaqələri gəlincə isə, onları saymaqla bitməz. Rusiya yad ölkə deyil. O, bizim yaxın müttəfiqimiz, strateji tərəfdaşımızdır. İndi Rusiya ətrafında olan məsələləri hamımız bilirik, amma bunun Azərbaycanla heç bir əlaqəsi yoxdur. Bir daha qeyd edirəm ki, bu kubok yarışı Azərbaycan ərazisində keçirilir. Sabah Azərbaycan Rusiyanın ərazisində hər hansı təlimlərdə iştirak edə bilər. Məsələn, keçən il Azərbaycan hərbçiləri Rusiyada keçirilən hərbi oyunlarda iştirak etmişdi və tankçılarımız finala çıxmışdı. Bu il də onların iştirakı planlaşdırılır”.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …