Şənbə , Aprel 27 2024
Ana səhifə / İdman / UEFA-dan “Qarabağ”ın qapıçısı ilə bağlı paylaşım

UEFA-dan “Qarabağ”ın qapıçısı ilə bağlı paylaşım

UEFA Konfrans Liqasının rəsmi tvitter səhifəsi “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevlə bağlı paylaşım edib.

Belə ki, 27 yaşlı qolkiperin Konfrans Liqasının qrup mərhələsinin 4-cü turunda “Kayrat”la oyunda komandasını qoldan xilas etdiyi epizodun videosu yayımlanıb.

Paylaşıma “Şahrudin Məhəmmədəliyevin refleksləri” başlığı yazılıb.

Xatırladaq ki, “Kayrat” – “Qarabağ” qarşılaşması Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …