Ana səhifə / Dünya / Dünyada koronavirusa qarşı hazırlanan peyvəndlərin 70%-i 10 ölkəyə gedib

Dünyada koronavirusa qarşı hazırlanan peyvəndlərin 70%-i 10 ölkəyə gedib

Vaksinlərin qlobal paylanmasında şokedici balanssızlıq qalmaqdadır. Ümumilikdə dünyada 7,3 milyard dozadan çox peyvənd istifadə olunub, lakin bunun təxminən 70%-i yalnız 10 ölkəyə gedib”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus bildirib.

O qeyd edib ki, hazırda dünya sakinlərinin demək olar ki, 40%-i tam peyvənd olunub, amma Afrikada bu rəqəm cəmi 6 faiz təşkil edir.

Onun sözlərinə görə, eyni bərabərsizlik koronavirus testlərinin əldə edilməsində də müşahidə olunur. Baş direktor ilin sonuna kimi bütün ölkələrdə əhalinin ən azı 40%-nin peyvənd olunmasına nail olmaq üçün ÜST-nin qarşıya qoyduğu vəzifəni xatırladıb. Onun sözlərinə görə, bunun üçün 11 milyard doza vaksin lazımdır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 256 966 237 nəfər koronavirusa yoluxub, müalicə alan 5 151 643 pasiyentin həyatını xilas etmək mümkün olmayıb. Report

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …