Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / Türk futbolçu: “Azərbaycandan təklif aldım, amma…”

Türk futbolçu: “Azərbaycandan təklif aldım, amma…”

“Azərbaycan millisində oynaya bilərdim, ancaq vicdanım rahat olmazdı”.

Bu sözləri Türkiyənin “Kayserispor” klubunun futbolçusu Həsən Hüseyn Acar deyib.

Futbolçu Azərbaycan millisinin təklifindən imtina etdiyini və Türkiyə yığmasında oynamaq istədiyini bildirib:

“Tək arzum milli komandada oynamaqdır. “Kayserispor”la liqada qala bilsək, bu xəyalıma da çata bilərəm. Yığmanın baş məşqçisi Şenol Günəş məşqçilərimdən məni soruşub, onlara performansımı bəyəndiyini deyib. Milli komandaya çağırılacağımı düşünürəm. Mövsümün əvvəlində Azərbaycan milli komandasından təklif aldım, ancaq Türkiyə yığmasında oynamaq istəyirəm və bu təklifi rədd etdim. Azərbaycan məni istədi, ancaq mən bunu qəbul edə bilmədim”.

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi bu mövsüm oynadığı 16 matçda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
(Qaynarinfo.az)

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …