Bazar ertəsi , May 17 2021
Ana səhifə / Dünya / Baş naziri restorana buraxmadılar

Baş naziri restorana buraxmadılar

Dünyanın bir çox ölkələri karantin tədbirlərini yumşaltmağa davam edir. 

Yeni Zelandiyadakı restoranlar açılsa da, Baş nazir Jacinda Ardernə xüsusi imtiyaz tanınmayıb.

Belə ki, şənbə günü nahar etmək üçün paytaxt Vellinqtonda bir restorana gedən Ardern və nişanlısı Klarke Gayford, koronavirus qaydalarına uyğun olaraq restoran dolu hesab edildiyi üçün içəri keçə bilməyib.

Həmin anda restoranda olam bir yeni zelandiyalı bu məlumatı sosial mediada paylaşıb.

Hadisədən qısa müddət sonra restoranda yer boşalıb və işçilər uzaqlaşan Ardern cütlüyünü yenidən restorana dəvət ediblər.  /Yenicag.az

Həmçinin oxuyun

Bayden İsrail və Fələstinin liderləri ilə telefonla danışdı

İsrailin baş naziri Binyamin Netanyahu ilə ABŞ prezidenti Co Bayden arasında telefon danışığı baş tutub. …