Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / Tanınmış cütlüyün oğlu beynəlxalq olimpiadada gümüş medal qazandı

Tanınmış cütlüyün oğlu beynəlxalq olimpiadada gümüş medal qazandı

Məşhur aparıcı və bloqerlər Tural Yusifov və Səma Abiyevanın oğlu Almaniyada keçirilən beynəlxalq olimpiadada gümüş medal qazanıb.
Qaynarinfo xəbər verir ki, tanınmış cütlük bu sevincli xəbəri feysbuk səhifələrində paylaşıblar:
“An etibarıyla bu cavan oğlan Frankfurtda keçirilən STEM Grand Finalda kodlama kateqoriyasında gümüş medal qazandı. Onunla birgə gedən digər komanda yoldaşları da riyaziyyat, təbiət elmləri kateqoriyasından gümüş və burünc medal qazanıblar”, – deyə Tural Yusifov yazıb.  
Həmçinin Səma Abiyeva da bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
“Gəlir! Dünya üzrə STEM Grand Finalda 10-11-12-ci (Almaniya) siniflər üzrə kodlaşma yarışında gümüş medal qazanıb gəlir! Öz yaşıdları arasında ikinci oldu”

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …