Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Ya özləri çıxacaq, ya da Azərbaycan ordusu onları tərk-silah edəcək”

“Ya özləri çıxacaq, ya da Azərbaycan ordusu onları tərk-silah edəcək”

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ölkəsinə məxsus silahlı qüvvələrin Qarabağdan çıxarılacağıyla bağlı açıqlaması ən müxtəlif kontesktlərdən müzakirə olunur. Qriqoryanın “özünümüdafiə qüvvələrinə” toxunulmayacağını bəyan etməsi analitiklər tərəfindən növbəti erməni hiyləsi kimi qiymətləndirirlir. 

Diqqətçəkən ən önəmli məqam isə separatçı rejimin Ermənistan ordusuna aid olan silahlı birləşmələrin çıxarılacağıyla bağlı bəyanta səssiz qalmasıdır. 

Onların qeyri-legitim bir qurum olduğunu xatırladan politoloq Tofiq Abbasov Yenisabah.az-a açıqlamasında separatçılıyın səssizliklərini qorumasını belə şərh edib: “Qondarma rejimin hansı səlahiyyəti var ki, hansısa bir açıqlama və yaxud bəyanat versinlər?! Qondarma rejim deyirik və bu qeyri legitim bir sistemdir, onun heç bir səsi, mövqeyi və sözü yoxdur. Ona görə də onların hamısının əvəzinə danışan həmişə rəsmi İrəvandır və İrəvan hər zaman öz səlahiyyətlərini aşır və bildirir ki, guya onlarda hansısa bir imkanlar var ki, Azərbaycana haradasa təsir göstərsinlər, nəyəsə vadar etsinlər və s”.

Politoloq deyib ki, Azərbaycan bölgədə bütün proseslərə nəzarəti özündə saxlayır və biz bu xüsusda həmişə çalışırıq ki, işlər elə bir tərzdə getsin ki, Ermənistan da, Azərbaycan da, eləcə də digər qüvvələr də toqquşmasınlar:

“Çünki Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və Ermənistanın bu proseslərə heç bir aidiyyəti yoxdur. Qarabağ bölgəsi Azərbaycanındır və orada Ermənistanın heç bir iştirakı yoxdur və ola da bilməz. Ermənistan yalnız bir işdə bizə dəstək verə bilər ki, sülh müqaviləsi ilə bağlı öz mövqeyini reallaşdırsın, bildirsin ki, bu prosesin gedişatında nə etmək lazımdır ki, ən yaxın zamanda sülh bərqərar olunsun. Bundan başqa Ermənistanın heç bir şeyə aidiyyəti yoxdur. Bu baxımdan da, qondarma rejim heç bir qüvvəyə malik deyil. Ona görə də biz hər bir şeyə hazırıq ki, Azərbaycan torpaqlarında Azərbaycan qanunları bərpa olunsun və digər tərəfdən, qeyri-qanuni silahlı qüvvələr bu bölgədən çıxarılsın. Yox, əgər onlar çıxarılmasa, Azərbaycan ordusu onları tərk-silah edəcək. Başqa çıxış yolu yoxdur”. 

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …