Şənbə , Aprel 27 2024
Ana səhifə / İdman / Şahmatçımız erməni rəqibini məğlub ETDİ

Şahmatçımız erməni rəqibini məğlub ETDİ

Böyük Britaniyanın Men adasında keçirilən şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin səkkizinci turunun oyunları yekunlaşıb.

Azərbaycanlı şahmatçı Vasif Durarbəyli Ermənistan təmsilçisi Elina Danielyanı məğlub edib. Bununla da o, aktivinə bir xal yazdırıb.

Azərbaycan komandasının digər üzvləri Rauf Məmmədov hindistanlı Vidit Santoş Gujrathi, Nicat Abbasov Pavel Eljanov (Ukrayna), Eltac Səfərli isə Ferenc Berkeslə (Macarıstan) heç-heçə ediblər.

Qeyd edək ki, səkkiz turun yekununda R.Məmmədov və N.Abbasov hərəyə 4,5, E.Səfərli və V.Durarbəyli isə 4 xal qazanıblar. Yarış oktyabrın 21-dək davam edəcək.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …