Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Nazir saxta əlilliyə qarşı aparılan mübarizədən danışdı: ciddi tədbirlər görülüb

Nazir saxta əlilliyə qarşı aparılan mübarizədən danışdı: ciddi tədbirlər görülüb

“Saxta əlillik dərəcəsi almaq istəyən şəxslərin kateqoriyası müxtəlifdir. Burada sağlamlıq imkanları məhdud olan uşaq qismində əlillik dərəcəsi almaq istəyənlər, orta və yuxarı yaş kateqoriyasında olan şəxslər də var”. 

Bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, saxta əlillik dərəcəsi almağa cəhd edənlər arasında 18 yaşına çatmayan vətəndaşlar çoxluq təşkil edir:

“Bu, daha çox oğlanların əsgərlikdən yayınmasına olan cəhdlərdir. Orta və yuxarı yaş kateqoriyasında olanlar isə daha tez pensiyaya çıxmaq üçün bu yola əl atırlar. Çünki əlilliyi olan şəxslər üçün pensiyaya çıxma tələbləri daha asandır. Bu kimi halların qarşısını almaq üçün monitorinqlər davam edir. Əsasən, risk kriteriyaları üzrə orta və yuxarı yaşda olan şəxslərdə əlilliyə görə yüksək pensiya alanlar çərçivəsində saxtakarlıqlar daha tez aşkar edilir. Ümumilikdə, monitorinqlər bütün istiqamətləri əhatə edəcək və daimi elektron monitorinqə çevriləcək. Avtomotlaşmanın ən böyük önəmi də bunun üçün lazımdır ki, ölkə üzrə aylıq əsasda dövlətdən vəsait alan 2 milyon 800 min insanın hər birinin məlumatı elektronlaşdırılaraq vahid portala yerləşdiriləcək. Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə işçi qrupu bu il 2500-dən artıq yanlış, saxta əlillik almış şəxsi müəyyən edib. Onlarla bağlı ciddi tədbir görülüb və dövlət büdcəsinə illik 13 milyondan artıq qənaət edilib”.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …