Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / Şəhriyar Məmmədyarov yarımfinalda

Şəhriyar Məmmədyarov yarımfinalda

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində 1/4 final görüşünə çıxıb.

Belə ki, 37 yaşlı qrossmeyster bu raundda Özbəkistan təmsilçisi Nodirbek Abdusattorovla üz-üzə gəlib. Rəqibini 2,5:1,5 hesabı ilə məğlub edən Məmmədyarov yarımfinala yüksəlib.

O, finala gedən yolda Dommaraju Qukeş (Hindistan) – Riçard Rapport (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …